Xaçmazda iki bölməyə yeni polis rəisi təyin olunub

Xaçmazda iki bölməyə yeni polis rəisi təyin olunub Xaçmaz Rayon Polis Şöbəsənin (RPŞ) iki Polis Bölməsinə (PB) yeni təyinat olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Vüqar Hacıyev Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin rəisi təyin edilib. O, bundan əvvəl Quba RPŞ-nin Qonaqkənd PB-nin rəisi olub.

Polis mayoru Cavanşir Orucov isə Yalama PB-yə rəis təyin olunub.
Geri qayıt