Gömrük Komitəsinin də İqtisadiyyat Nazirliyinə verilməsi gözlənilir... - İDDİA

Gömrük Komitəsinin də İqtisadiyyat Nazirliyinə verilməsi gözlənilir... - İDDİA Hələ Vergilər Nazirliyi (VN) və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) İqtisadiyyat Nazirliyinə birləşdirilməmişdən öncə daha çox proqnozlaşdırılanı Dövlət Gömrük Komitəsinin (DGK) Vergilər Nazirliyinin balansına daxil ediləcəyi idi. Lakin gözlənilənlər olmadı və VN ilə yanaşı ƏMDK İqtisadiyyat Nazirliyinə tabe etdirildi, yeni nazir isə keçmiş VN şefi Mikayıl Cabbarov təyin olundu. Amma indi deyəsən, sözügedən istiqamətdə daha bir təmərküzləşməyə tədarük getməkdədir. Bu barədə DİA.AZ-a hpkumətdəki mötəbər mənbədən informasiya daxil olub.

Məlumatlı mənbə iddia edir ki, sön günlər DGK sədri Səfər Mehdiyevlə bağlı neqativlərin artması, eyni zamanda ciddi yeyinti faktları və habelə DGK-nın ayrı-ayrı rəhbər işçilərinin məhz Səfər Mehdiyevlə yaxın olmaları səbəbindən rəsmən qoçuluq etmələri hallarının intensivləşməsi nəhayətdə köhnədən planda olan məlum qərara yeni münasibəti formalaşdırıb. Mənbənin dia.az-a söylədikləri:

"Düşünülməsin ki, Səfər Mehdiyevin xalası oğlu ilə bağlı faktların yerli KİV-dəki rezonansı bu pandemiya təlaşı dövründə it-bata düşəcək. Belə deyil. Yaxın günlərdə reaksiyaları hər kəs görə bilər. Artıq ciddi müzakirələr aparılır. Ya Səfər Mehdiyev gedir, ya da DGK ümumiyyətlə, ləğv olunaraq İN-ə birləşdirilir".

Mənbə sözügedən məqamla bağlı yeni bilgilər də verib. Yaxın vaxtlarda daha geniş materialımızda həmin faktları təqdim edəcəyik. Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt