Sumqayıtda pul çıxmayan işə baş qoşulmur.?! - Real mənzərə...

Sumqayıtda pul çıxmayan işə baş qoşulmur.?! - Real mənzərə... Hal-hazırda bütün dünyada olduğu kimi paytaxtımız Bakı şəhərində də küçə və xiyabanlarda, dayanacaqlarda, ictimai nəqliyyatda "Evdə qal, Sağlam ol!" , "Biz birlikdə güclüyük" və s. sosial reklam lövhələri hər addım başı rast gəlinir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Cənab prezidentin çıxışından sonra Bakının rəmzi sayılan Alov qüllələrinin üzərində belə işıq effekti ilə yuxarıda qeyd etdiyim sosial marifləndirici, bu çətin günlərdə həmrəylik yaradan şüarların yayımlanmasını hamımızı görmüşük. Dost dünya ölkələrinə dəstək olaraq hər gün Heydər Əliyev mərkəzinin üzəri pandemiyadan əziyyət çəkən 1 dövlətin rəsmi bayrağı ilə işıqlandırılır. Paytaxtın əksər dayanacaqlarında da bu şüarlar əks olunmuş tablolar görünməkdədir.

Sumqayıtda pul çıxmayan işə baş qoşulmur.?!

Bir neçə gün öncə cənab Prezidentin Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri ilə tanışlığı zamanı "Artıq Bakı ilə Sumqayıt birləşib" desə də paytaxt Bakıdan cəmi 30 km məsafədə olan Sumqayıt şəhərində hər şey tam başqa cürdür. Belə ki, burada yalnız pul qazandıran işlərlə məşğul olurlar və çox təssüflər olsun ki bəşəri bəlaya çevrilmiş pandmiya əleyhinə sosial xarakterli 1 dənə də olsun Sosial xarakterli reklam lövhəsinə bu şəhərdə rast gəlmək mümkün deyil.
Daima sosial şəbəkə səhifələrində məqsəd və amallarının sosial-marifləndirici təbliğat xarakterli reklamların yayılması olduğunu bildirən reklam şirkətləri hazırkı vəziyyətdə kommersiya obyektlərinin fəaliyyətinin dayandırdığı səbəbindən pullu reklamların olmadığı səbəbindən istər avtobusların daxilində istərsə də küçə monitorlarını söndürərərk işlətmirlər. İctimai Nəqliyyatda mövcud olan və daima şadlıq evlərinin, restoranların, əyləncə məkanlarının ödəniş müqabilində reklam roliklərini yayımlayan reklam şirkətləri hal hazırda koronavirusnan qorunmaq üçün gigiyenik qaydalara əməl etməyin və virusdan qorunmağın yollarını əks etdirən reklam roliklərini yayımlamaq əvəzinə monitorları söndürüb iqtisadi vəziyyətin düzələcəyi vaxtı- ödənişli reklamların gələcəyi vaxtı gözləməklə məşğuldur.Hətta bəzi küçə monitorlarının üzərinə adi şəkil yapışdıraraq maskirovka ediblər. Dayanacaqları isə hansısa taksi şirkətinə satıblar. Lakin hamımızın evdən izlədiyimiz kimi, bütün televiziya kanalları hazırkı vəziyyətdə kommersiya reklamlarını dayandiraraq sosial reklam yayımlamaqla məşğuldurlar.
Bütün bunlardan aydın olur ki, hər yerdən fərqli olaraq Sumqayıt şəhərində hardan pul çıxırsa o işlə məşğul olurlar".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sumqayıtda pul çıxmayan işə baş qoşulmur.?! - Real mənzərə...
Geri qayıt