Vidadi Zeynalov əfv edilib

Vidadi Zeynalov əfv edilib Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov əfv edilib.

Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında V.Zeynalovun da adı var.

Qeyd edək ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə endiirlib. Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, onun cəzası beşdə dördlə hesablanıb və azadlığa buraxılıb.
Geri qayıt