Oqtay Şirəliyev haradadır? Qubanın Qələdüz kəndindəki villasında

Oqtay Şirəliyev haradadır? Qubanın Qələdüz kəndindəki villasında Dünyanı cənginə alan koronavirusla mübarizədə hər kəsin üzərinə məsuliyyət düşür. Əsas məsuliyyət isə vəzifə, səlahiyyət sahiblərinə aiddir.

Çox təəssüf ki, bu fəlakətlə mübarizədə bir başa məsuliyyət daşıyan səhiyyə nazirimiz Oqtay Şirəliyevin sifətini görən olmayıb. Bircə dəfə güc-bəla ilə televizora çıxardıb can-dərdi danışdırıblar. Onda da cənab nazir dedi ki, evdən bayıra çıxmayın, evdə qalın.

Əcəba, evdə qalmaq yaxşıdırsa, cənab nazir ilin günün bu vaxtında Qubada nə gəzir?

NUH.az-a daxil olan məlumata görə, cənab nazir hazırda Qubanın Qələdüz kəndindəki villasında dincəlir.
Geri qayıt