Polisdən xəbərdarlıq - Bakıya girişlə bağlı

Polisdən xəbərdarlıq - Bakıya girişlə bağlı Sosial izolyasiya tədbirləri çərçivəsində şəhərə girişlə bağlı qadağanı pozan şəxsə cinayət işi də başlana bilər...
Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, müvəqqəti postlardan bu günə qədər 2500-dən çox rayon qeydiyyatlı şəxs geri qaytarılıb.

Kamran Əliyev əlavə edib ki, yaradılan hər üç postda polis əməkdaşları 24 saat növbəli şəkildə xidmət aparırlar.

Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində zəruri ərzaq daşıyan yük avtomobili və operativ nəqliyyat vasitələrindən başqa bütün avtomobilləri saxladıb, bir-bir bütün sərnişinlərini belə yoxlayırlar.

Qeyd edək ki, qaydalara əsasən məcburi köçkün və qaçqınlara müəyyən güzəştlər tətbiq olunur. Həmin şəxslər yaşadıqları Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan aldıqları arayışa əsasən yol polisi onların şəhərə girişinə icazə verir.

Bəzi sərnişinlər isə postlardan buraxılmadıqda onlar torpaq yollarla şəhərə girməyə cəhd edirlər. Belə faktlar polis tərəfindən aşkar edildikdə həmin şəxslər məsuliyyətə cəlb edilirlər.

Qadağaya məhəl qoymadan şəhərə girən şəxs hər hansı bir adamın koronavirusa yolxumasına səbəb olarsa onda həmin şəxs barəsində cinayət işi başlanır və 3 il müddətdə azadlıqdan məhrum olur.
Geri qayıt