Süleyman Mikayılov naziri nədən hədəfə gətirir? - İTTİHAM VAR

“Süleyman Mikayılov gəldiyi ilk gündən yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. Amma burada bir məsələ var ki, bütün bu işlərində Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun adından istifadə edib. Buna görə də, bu gün Qaradağdan müxtəlif dövlət qurumlarına Kəmaləddin Heydərovdan onlarla şikayətlər ünvanlanır ki, bunun da tək səbəbkarı Süleyman Mikayılobdur".
Daha sonra daxil olan müraciətdə deyilir: "S.Mikayılov rayon rəhbərliyinə gəlir mənbəyi kimi baxır. İdarəetməni isə korrupsiya və saxtakarlıqda görür. Özünə vurğunluğu o həddə çatıb ki, rayona öz mülkü kimi baxır. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Bu ədalətsizlik və talançılıq insanları iqtisadi cəhətdən çökdürüb və şəxsiyyətlərinin təhqir olunması əhalini dözülməz vəziyyətə gətirib. Kriminal yolla rayon sakinlərinin talanması və onların şikayətlərinin nəticəsiz qalması insanları hakimiyyətdən narazı salır. İki ildən çoxdur bu məsələyə son qoyulmaması sakinlərdə təəccüb yaradıb: “Himayədarın gücünə bax”.
Rayonun əksər qəsəbələrinin icra nümayəndələri yerli kadr deyil, gəlmələri yalnız pul maraqlandırır. Abadlıq və quruculuq işləri onlarlıq deyil. Rayonu idarə edənlərin yarıdan çoxu korrupsioner, narkoman və alkoqola meyilli şəxslərdir”.
Qarşı tərəfi də dinləməyə hazırıq...
dia.az