Adil Vəliyevin qum karxanası biznesi... - İTTİHAM

Adil Vəliyevin qum karxanası biznesi... - İTTİHAM İşbazlar Adil Vəliyevin icra başçısı olduğu Sabunçu rayonu ərazisində çimərliyi qum karxanasına çeviriblər. DİA.AZ bildirir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Məmməd Əhmədoğlu yayıb.

Jurnalist yazır: "Yerli mənbənin verdiyi məlumat əsasında Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Bilgəh sanatoriyasından Nardaran kəndi istiqamətində, daha dəqiqi “Atlantes” restoranından 700 metr irəlidə, yolun sağındakı çimərlik zonasinda işbazlar əməlli-başlı qum karxanası yaradıblar. Belə ki, ağır texnikanın köməkliyilə bu ərazidən hər gün gecədən sübhədək onlarla yük avtomobili qumla yüklənərək satışa göndərilir.

Yaranan iri xəndəklərin dərinliyindən təbiətə vurulan ziyanın əhatə dairəsinin genişliyinə istinadən qeyd etmək olar ki, işbazlar uzun müddətdir ki, burada fəaliyyət göstərmişlər. Və ən azı bu vaxtadək ərazidən 2-3 milyon ton qum daşınması nəticəsində mövcud çimərliyin günbatar hissəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Hesab edirk ki, tezliklə qanunvericiliyin tələbi üzrə aidiyyatı dövlət qurumlarının operativ fəaliyyəti nəticəsində sözügedən ərazidən qanunsuz qum daşınmasının qarşısı alınacaqdır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt