Oktay Şirəliyevin qızı haqqında şok faktlar- Nərminə Şirəliyevə xristianlığın Qriqoryan təriqətini qəbul edib? İDDİA

Oktay Şirəliyevin qızı haqqında şok faktlar- Nərminə Şirəliyevə xristianlığın Qriqoryan təriqətini qəbul edib? İDDİA Səhiyyə naziri Oktay Şirəliyevin qızı Nərminə Şirəliyevə xristianlığın Qriqoryan təriqətini qəbul edib, xaç suyuna çəkilib, xaç atası da Armen Cigərxanyandı.

Azərbaycan Respublikasının müharibə şəraitində olduğu, son 30 ildə 30 mindən çox azərbaycanlının öldürüldüyü, 1 milyonunun qaçqın salındığı Qarabağ müharibəsinin əsas səbəbkarı ermənilər bütün sahələrdə Azərbaycanı məhv etmək üçün durmadan təşkilatlanma işi həyata keçirirlər. Bu prosesdə onlar sovetlər zamanı olduğu kimi azərbaycanlı vəzifə sahiblərini ələ alırlar. Bu cür ələ alınmış şəxslərdən biri səhiyyə naziri Oktay Şirəliyevdir. Dəhşətli budur ki, bu barədə dəfələrlə yazılsa da, nəticə olmur.

Timetv.live-ə istinadən xəbər veririk ki, məsələn, Oktay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskvada ermənilərlə qol-boyun olduğu dəfələrlə yazılıb.


2013-cü ildən 2018-ci ilə qədər Moskva Vilayət Mədəniyyət naziri olan Nərminə Şirəliyeva, hazırda Moskva Vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviridir. Olsun ki, Şirəliyevanın xüsusi qabiliyyət və istedadı var və ona görə bu vəzifələrə təyinat alıb. Amma məlumdur ki, onun atası Azərbaycanda mühüm dövlət vəzifəsi tutur. Adi bir peyvəndin vaxtında edilməməsi bütöv bir nəslin xəstəliklərə qarşı müqavimətsiz böyüməsi deməkdir. Belə bir postda olan şəxsin ailə üzvlərinin Azərbaycanla düşmən olan bir ölkənin sakinləri və ya əslən ordan olanlarla etməsi, anlaşılan deyil. Hətta dövlətçilik üçün ciddi təhlükəlidir. Lakin bu azmış kimi, bəlli olub ki, Oktay Şirəliyevin qızı həm də Qriqoryan sektasının aktiv üzvü imiş. Bir müddət öncə o, xristianlığın Qriqoryan təriqətini qəbul edib. Onun xaç atası da Armen Cigərxanyan olub. Və artıq Nərminə Şirəliyevə toplantılara xaç taxaraq gedir, ermənilərlə dini ayinlərin icrasında iştirak edir. Onun atası da Azərbaycanda səhiyyə naziri kimi uzun illərdi kök salıb. İndi özünüz fikirləşin ki, hər gün bir əsgəri şəhid olan Azərbaycanın səhiyyəsi kimin və ya kimlərin nəzarətindədir?
Maraqlı tərəflərin fikirlərini dinləyib yayınılamağa hazırıq!
Geri qayıt