"Space” TV ilə bağlı qərar verildi

"Space” TV ilə bağlı qərar verildi Bakı Kommersiya Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinin “Space” Müstəqil Radio və Televiziya Şirkətinə qarşı “icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxılıb.

Hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən dövlət qurumunun “Space”yə qarşı iddia tələbi təmin edilməyib. Qərarda göstərilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh "Space" Müstəqil Radio və Televiziya Şirkətindən 3 müqavilə üzrə - 7 815 manat, 3 560 manat və 14 854 manat olmaqla, ümumilikdə 26 229 manat manat məbləğində vəsaitin tutulmasına dair tələbi iddia müddəti keçdiyindən təmin edilmir.
Geri qayıt