Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğlu qaydaları niyə tez-tez pozur?

Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğlu qaydaları niyə tez-tez pozur? Beyləqan rayon təhsil şöbəinin müdiri Xuraman Rüstəmovanın dövlət qulluğunda çalışan Elgün Əliyev adlı oğlunun adı yenidən avtomobillə kobud qanun pozuntusunda hallanır.
08.04 2017-ci il tarixində E. Əliyev idarə etdiyi 10 PV 644 dövlət nömürə nişanlı “Niva” markalı avtomobilini yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla, həm də Beyləqan rayon polis şöbəsinin rəisinin xidməti avtomobilini ötüb keçərək polis rəisinə qarşı hörmətsizlik edib. İdarə etdiyi avtomobilini yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan Elgün Əliyevin avtomobili polis rəisinin göstərişi ilə Beyləqan rayon polis şöbəsnin DYP-si bölməsinin müvəqqəti duracağına aparılıb.
Məsələ ilə bağlı Beyləqan rayon Polis Şöbəsinin DYP-si bölməsi ilə əlaqə saxlayan saytın əməkdaşına bölmədən faktı təsdiqləyiblər. Bildiriblər ki, 08 aprel 2017-ci il tarixində DTX-nin Beyləqan rayon şöbəsinin texniki əməkdaşı Elgün Əliyevin 10 PV 644 dövlət nömürə nişanlı “Niva” markalı avtomobilini yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün onun barəsində protokol yazılıb.
Qeyd edək ki, adəti üzrə heç bir yol hərəkəti qaydalarına məhəl qoymadan avtomobil idarə etməyi vərdiş halına salmış Elgün Əliyev 2015-ci tarixində DYP əməkdaşı tərəfindən saxlanılarkən olay çıxarmışdır. Belə ki, DYP əməkdaşına qarşı kobudluq edən Elgün Əliyev, vəzifə borcunu icra edən polis məmuruna müqavimət göstərmiş və hətta onunla əlbəyaxa dava etməyə belə cəhd göstərmişdir.
Həmin vaxt, Elgün Əliyevin barəsində rayon məhkəməsində iddia qaldırılmışdı. Səbəb isə bu idi ki, Elgün Əliyev içkili vəziyyətdə avtomobili idarə edərkən onu saxlamış DYP əməkdaşına müqavimət göstərmiş, onunla əlbəyaxa olmuşdu. Lakin həmin vaxt Elgünün qardaşı, məhkəmə sədrinin köməkçisi işləyən Yasin Əliyev bu iş üzrə məhkəmə qərarının çıxarılmasını əngəlləmişdi.
Yeri gəlmişkən qeyd edək ki, Elgün Əliyev Beyləqan rayon təhsil şöbəinin müdiri Xuraman Rüstəmovanın oğludur.

“Sonolay.org"
Geri qayıt