İsa Həbibbəylinin “qızıl” qələmi Vasif Talıbov “qanun”larının üzərindən xətt çəkdi: Naxçıvanda bar – Video-fakt

İsa Həbibbəylinin “qızıl” qələmi Vasif Talıbov “qanun”larının üzərindən xətt çəkdi: Naxçıvanda bar – Video-fakt “Biz uzun illər Türkiyədə Azərbaycan türkü olmağımızla fəxr edə-edə yaşamışıq. Başımızı dik tutub gəzməyimiz isə Sovetlər İttifaqı dağılana qədər davam edib”.

Ovqat.com-a bu maraqlı açıqlamanı İğdır sakinlərindən biri verib.

Doğrusu, bu sözləri eşidəndə bizim də beynimizdə eynilə sizin kimi bəzi suallar yarandı: İğdırın Sovet İttifaqına nə dəxli var?
İğdırlı həmsöhbətimiz bu sualımızı belə cavablandırdı: “Sovet hakimiyyəti dağılandan sonra aramızdakı sərhədlər də ortadan qalxdı. Buna ən çox sevinən isə biz iğdırlılar olduq. Daha sonra İğdır-Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsinin qadın ticarətinin əsas marşrutuna çevrilməsi sevincimizi üzüntüyə çevirdi. Post-sovet məkanının müxtəlif yerlərindən gətirilən əxalqsız qadınlar Dilucudan Türkiyə ərazisinə keçilir və onların ilk dayanacaq nöqtəsi isə İğdır olurdu. Bu da bizi digər etnik qrupların yanında xəcil duruma salırdı”.
Həmsöhbətimizin dediyinə görə, pezəvənglərin (qadın tacirləri) hətta öz “məhsullarını” daha rahat Türkiyəyə keçirmək üçün həyat yoldaşları qismində göstərməsi və bunu sənədləşdirməsi hallarına da rast gəlinirdi ki, bu da qardaş ölkədə yaşayan soydaşlarımız üçün ümumiyyətlə qəbul ediləsi hal deyildi: “Siyasi olmasa da, mədəni cəhətdən bağlı olduğumuz ölkənin adına ləkə gətirən bu hadisələr bizi xeyli narahat edir, əvvəlki kimi başıdik gəzməyimizə maneçilik törədirdi”.
İğdır sakini onu da qeyd etdi ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun daha sonra aldığı bir çox qərarlar onları yenidən sevindirib: “Çünki Vasif Talıbov həyata keçirdiyi bir çox yazılmamış qayda-qanunlarla Naxçıvanda bu ticarətin qarşısını aldı. Artıq Dilucu sərhəd-keçid məntəqəsi qadın ticarəti marşrutunun ötürücü nöqtəsi olmaq özəlliyini itirdi. Xüsusilə də Naxçıvanda bu cür əxlaqsızlıq yuvaları ortadan qaldırıldı. Hər dəfə Naxçıvana gedib gələndə narkotikadan və qadın ticarətindən uzaq duyarla qarşılaşırdıq və buna görə də Muxtar Respublikanın rəhbərliyinə minnətdarlığımız artırdı. Vasif Talıbov Naxçıvanı necə idarə etməyindən asılı olmayaraq, apardığı bu təmizlik siyasətilə həqiqətən əxlaqlı dövlət adamı təəssüratı yaradırdı və mənim nəzərimdə hələ də elədir. Əminəm ki, Vasif əfəndilərinin bundan xəbəri yoxdur”.

Fəqət Naxçıvana son gedişində qarşılaşdığı bəzi hadisələr İğdır sakinini yenidən narahat etməyə başlayıb. Onun dediyinə görə, son zamanlara qədər qadın tüccarlarına göz açdırmayan Naxçıvanda artıq bar fəaliyyət göstərir. Bu tendensiyanın böyüməsindən narahat olan İğdır sakini yenidən keçmiş günlərin geri qayıda biləcəyindən narahatdır.
O, Muxtar Respublikaya son gedişində qonaqçısının təklifi ilə Naxçıvan şəhərinin mərkəzində fəaliyyət göstərən bir barda olub. Adı “Danyeri Opera Pub – Restoran” adlanan barda çəkdiyi videonu bizə göndərən İğdır sakini bunu Vasif Talıbovun ən müsbət fəaliyyətinə kölgə salmaq cəhdi kimi qiymətləndirir.
Apardığımız araşdırma nəticəsində həmin barın kimə məxsus olduğunu müəyyənləşdirmişik. Məlum oldu ki, sən demə, bu bar akademik adı daşıyan İsa Həbibbəylinin mülkiyyətinə aid imiş. Məlumata görə, hər kəlməsini qızıla çevirməyi bacaran İsa Həbibbəyli Vasif Talıbova yazdığı mədhiyyə ilə oğlu Səhəti Naxçıvanın Gömrük Komitəsinin sədri qoydurmağı bacarır. Bu söz oynatmasının qüdrəti Səhət Həbibbəylinin başını elə gicəlləndirir ki, o, Naxçıvan Ali Məclisinin sədrinin yazılmamış qanunlarını pozmağı belə özünün səlahiyyəti daxilində olduğu xəyallarına qapılır. Naxçıvanda Həbibbəylilərin biznes şəbəkəsinə daxil olan “Danyeri” ticarət mərkəzində bar açılması da, görünür, perosundan qızıl tökülən qələmin gətirdiyi arxayınlıqdan qaynaqlanır.

Geri qayıt