Nazir Sahil Babayev Goranboy rayonunda, müavinləri Yevlax rayonunda və Naftalan şəhərində vətəndaşlarla görüşəcəklər

Nazir Sahil Babayev  Goranboy rayonunda, müavinləri Yevlax rayonunda və Naftalan şəhərində vətəndaşlarla görüşəcəklər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Goranboy rayonunda, müavinləri Yevlax rayonunda və Naftalan şəhərində vətəndaşlarla görüşəcəklər

Martın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Goranboy rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Yevlax rayonunda vətəndaşlarla görüşəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli isə Naftalan şəhərində həmin şəhərin sakinlərini və Xocalı rayonundan olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq martın 17-dək qəbula yazıla bilərlər.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Geri qayıt