Cavanşir Feyziyevin “xeyriyyəçiliyi” – heç kim bilməsə də trolları bilir

Cavanşir Feyziyevin “xeyriyyəçiliyi” – heç kim bilməsə də trolları bilir “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Avromed” şirkətinin rəhbəri Cavanşir Feyziyevlə bağlı maraqlı açıqlama verib.

AFN xatırladır ki, özünün verilişində deputatı tibbi ləvazimatları, xüsusilə də maskaları və spirti bahalaşdırmaqda ittiham edən jurnalist “Yeni Müsavat”ın efirində bildirib ki, C.Feyziyev özünün xeyriyyəçi imicini yaradır: “Trollarını töküb sosial şəbəkələrdə yazdırır ki, adam böyük xeyriyyəçidir. Deyirlər ki, o xeyriyyəçiliyi elə edir ki, heç ölən adam da bilmir ki, ona xeyriyyəçilik edib. Amma trollar bilir. Bu məntiqsizlikdir”.
Ə.Zeynallı bildirib ki, bundan əvvəl səsləndirdiyi fikirlərlə bağlı C.Feyziyev xeyli adama zəng etdirib, ondan ittihamları dayandırmasını xahiş edib.
Geri qayıt