Şeyxin oğlununda şirktləri var - FOTO

Şeyxin oğlununda şirktləri var - FOTO Araşdırmaçı jurnalist Cavanşir Həsənli Şeyx Allahşükür Paşazadənin oğlunun şirkətləri barədə araşdırmasını sosial şəbəkələrdə paylaşıb. Cavanşir Həsənli yazır:
Şeyx həzrətlərinin oğlu PAŞAZADƏ MƏHƏMMƏD 2009-cu ilin aprelində Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçmiş "BAQİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin 3 təsisçisindən biridir. Şirkətin digər həmtəsisçiləri İsmayılov Adəm Ismayıl oğlu və Əliyev Afiq İlyas oğludur.
Şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, NİZAMİ, ev 92-də hüquqi qeydiyyatdadır, fəaliyyəti haqqında ətraflı məlumat yoxdur.
Məhəmməd Paşazadə həmçinin 2012-ci ilin fevralında qeydiyyatdan keçmiş "PLAST-KABEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin həmtəsisçisidir. Şirkətin digər təsisçiləri ehtiyatda olan general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev və Hüseynov Mətləb Balabəy oğludur. Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TƏLƏT ŞIXƏLİYEV, ev 14, m. 89-dur.
Tamerlan Əsədullayev eyni zamanda "EUROPEAN GOODS" və BEAUTYMED" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTlərinin də qanuni təmsilçisidir.
Tamerlan Əsədullayev Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacıoğlusudur.
Şeyxin oğlununda şirktləri var - FOTO
Geri qayıt