Nikahı olmayanlar birlikdə eyni uşağı övladlığa götürə bilməz

Nikahı olmayanlar birlikdə eyni uşağı övladlığa götürə bilməz Övladlığagötürmənin hansı hallarda yol verilmədiyi açıqlanıb.

Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında bildirilib ki, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda valideyn-namizəd tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinə yol verilmir.

Ailə Məcəlləsinin 120.2-ci maddəsinə uyğun olaraq siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizədin övladlığa uşaq götürməsinə yol verilmir. Eyni zamanda aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə də icazə verilmir.

Ailə Məcəlləsinin 120.4-cü maddəsinə əsasən, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.

Geri qayıt