Yol polislərindən piyadalara ÇAĞIRIŞ - VİDEO

Yol polislərindən piyadalara ÇAĞIRIŞ - VİDEO Yol hərəkətində piyadavurmaların sayının azaldılmasına hesablanıb

Son vaxtlar piyada səhlənkarlığı ucbatından baş verən qəzaların sayı artıb. Ümumi yol-nəqliyyat hadisələrinin 60 faizindən çoxu piyadavurmaların payına düşür. Bununla bağlı maarifləndirici tədbirlər görülür. Lakin təəssüflə qeyd etmək lazımdır ki, lazım olan nəticələr tam əldə olunmayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, mütəmadi olaraq maarifləndirmə işləri aparılır. "Bura həm reydlər, həm müxtəlif görüşlər, həm də sosial çarxlar daxildir. Dəfələrlə müraciətlər olunur, piyadaların hüquq və vəzifələri izah edilir. Təqdim olunan videoçarxda da piyadaların yolun hansı hissələrindən keçməsi, eyni zamanda keçidlərdən istifadə qaydaları izah edilir. Bundan əlavə tanınmış insanlar da müraciət edərək insanları maarifləndirir. Bütün bunlar yol hərəkətində piyadavurmaların sayının azaldılmasına hesablanıb."
Geri qayıt