Azərbaycanda xarici ölkə vətəndaşının seçki hüququ var?- Yaqub Eyyubovun oğlu Orxan Eyyubov İngiltərə vətəndaşıdır və onun var.... FOTOFAKT

Azərbaycanda xarici ölkə vətəndaşının seçki hüququ var?- Yaqub Eyyubovun oğlu Orxan Eyyubov İngiltərə vətəndaşıdır və onun var.... FOTOFAKT Araşdırmaçı jurnalist Cavanşir Həsənli maraqlı araşdıma ilə sosial şəbəkədə çıxış edib. Azərbaycanda seçkilərdə xarici vətəndaşların iştirak etməsi barədə olan araşdırmanı təqdim edirik:
Azərbaycanda keçirilən seçkilərdə xarici ölkə vətəndaşları da səs verirlərmiş.
Məsələn, baş nazirin 1-ci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubov İngiltərə vətəndaşıdır.
Özü də 2012-ci ildən.
Amma Orxan Eyyubov Z.Tağıyev küçəsi ev 19-da daimi qeydiyyatdadır və 2012-ci ildən xarici ölkə vətəndaşlığı almasına baxmayaraq, adı 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 27 saylı məntəqəsində seçici siyahısındadır.
Daha bir misal. İxtisasca hüquqşünas olan 1990-cı il təvəllüdlü Ayaz İbrahimov Rəfael oğlu uzun illərdir İngiltərə vətəndaşıdır, Londonda "37 Bolton Gardens Limited"in direktorudur. Lakin Bakı şəhəri Üzeyir Hacıbəyov 10/12 ünvanında daimi qeydiyyatdadır və adı 23 saylı Nəsimi-Səbail seçki dairəsindən (25 saylı məntəqə) seçicilər siyahısındadır.
Cavanşir Həsənli
Qarşı tərəfi dinləyib, mövqeyini dərc etməyə hazırıq!

Teref.az
Azərbaycanda xarici ölkə vətəndaşının seçki hüququ var?- Yaqub Eyyubovun oğlu Orxan Eyyubov İngiltərə vətəndaşıdır və onun var.... FOTOFAKT
Geri qayıt