Ləman Ələşrəfqızından Aqiyə Naxçıvanlıya: "Nəfəsiniz də oğurluqdur"

Ləman Ələşrəfqızından Aqiyə Naxçıvanlıya: "Nəfəsiniz də oğurluqdur" "Mərkəzi Seçki Komissiyasının 117 saylı dairədə ləğv etdiyi 3 məntəqədən biri mənim qalib olduğum 30 saylı məntəqədir"...
Bu sözləri 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd, telejurnalist Ləman Ələşrəfqızı deyib.

O, qalib gəldiyi məntəqədə nəticələrin ləğvinə etirazını bildirib. "Mən bu məntəqədə 203 səslə 116 səs yığan Aqiyə Naxçıvanlını üstələmişəm", - deyə o vurğulayıb.

Ləman Ələşrəfqızı əlavə edib ki, adıçəkilən məntəqədə Aqiyə Naxçıvanlının qohumları da səs verib. Buna baxmayaraq, o, səs yığa bilməyib.

"Al, bu rəqəmlər də sənin olsun. Nəfəsiniz də oğurluqdur", - deyə Ləman Ələşrəfqızı fikirlərini yekunlaşdırıb.

MSK bu gün 117 saylı Oğuz-Qəbələ seçki dairəsində seçki ilə bağlı şikayətlərə baxıb.
Geri qayıt