Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi

Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

Bu barədə “oxu.az”a Hafiz Hacıyevin özü məlumat verib.

O bildirib ki, ürəyində problemlər var və bir neçə gündür xəstəxanadadır.

“Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm”, - deyə Hafiz Hacıyev söyləyib.

Geri qayıt