20-yə yaxın icra başçısı yola salınacaq – Həbslər, istefalar...

20-yə yaxın icra başçısı yola salınacaq – Həbslər, istefalar... "Bu il icra başçılarının əvəzlənməsi ən müxtəlif vasitələrlə davam edəcək".

Bu barədə Yenisabah.az-a Avestaşünas, astroloq Səbuhi Rəhimli bildirib. Onun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat son deyil. Astroloq deyir ki, oxşar əməliyyat başqa bir neçə rayonda keçirilə bilər.

"Mən 2020-ci il üçün verdiyim proqnozda bildirimişdim ki, kadr dəyişikliklərinin episentri icra hakimiyyətləri olacaq. İyirmiyə yaxın rayonda icra başçıları ən müxtəlif vasitələrlə tutduqları vəzifədən uzaqlaşdırılacaq. Buraya həbslər, könüllü istefalar, orden və medallara yola salmalar daxildir. Hüquq mühafizə orqanlarının daha bir neçə rayonda əməliyyat keçirəcəyi proqnozlaşdırılır", -deyə Səbuhi Rəhimli vurğulayıb.

Astroloq qeyd edib ki, hakimiyyətin yuxarı eşelonunda da ciddi dəyişikliklər baş verəcəyi gözlənilir. Onun fikrincə, hakimiyyətin elan islahat kampaniyası çərçivəsində daha bir neçə yüksək vəzifəli məmur istefaya göndərilə bilər. "Bu kadrlar islahatlara mane olan, yeniliklə barışmayan mühafizəkar qanadın təmsilçiləri ola bilər", - deyə Səbuhi Rəhimli əlavə edib.
Geri qayıt