Sumqayıtda seçki saxtakarlığına ETİRAZ - FOTO

Sumqayıtda seçki saxtakarlığına ETİRAZ - FOTO 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən deputatlığa namizədlər hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədinin total saxtakarlıq yolu ilə seçdirildiyini bildirirlər.

Hurriyyet.org xəbər verir ki, YAP-ın “lider” namizədi Emin Hacıyevə qarşı birləşən 8 nəfər deputatlığa namizəd 43 saylı Sumqayıt 3-cü seçki dairəsində seçkinin nəticəsinin ləğvini tələb edir.

“9 fevralda keçirilən növbədənkənar seçkilərdə ciddi qanun pozuntularının baş verdiyini qeyd edərək, nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyi üçün dairənin nəticələlərinin etibarsız sayılmasını, bu saxtakarlıqda iştirak edən insanların məsuliyyətə cəlb olunmasını tələb edirlər”, - deyə namizədlərin birgə bəyanatında vurğulanır.

Qeyd edək ki, məlum tələblə aşağıda adları qeyd olunan namizədlər çıxış ediblər:

İkram İsrafil

Kəramət Salah

Bəhruz Salmanov

Cavid Aslanov

Mehriban Mirzəliyeva

Emil Məmmədli

Əli Nağıyev

Xaliddin Cahangirov
Sumqayıtda seçki saxtakarlığına ETİRAZ - FOTO

Geri qayıt