MM-dəki “7-cilər”-in sayı azaldı - ÜÇƏ ENDİ…

MM-dəki “7-cilər”-in sayı azaldı - ÜÇƏ ENDİ… Xəbər verildiyi kimi, bu gün axşam saatlarında 4 Seçki Dairəsinin, o cümlədən, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəblinin qalib elan edildiyi 74 saylı Lənkəran kənd Seçki Dairəsinin nəticələri ləğv olunub.

Etikxeber.az-ın xəbərinə görə, H. Rəcəbli indiyə qədər 6 dəfə millət vəkili olub.

Birinci dəfə sovetlər dövründə, “raykom” katibi işləyəndə, 1985-90-ci illərdə keçmiş Ali Sovetin üzvü seçilib.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi, 5 çağırış Milli Məclisin (MM) üzvü olub.

Seçildiyi vaxtdan da MM-in Əmək və sosial siyasət komitəsinə (Sosial siyasət daimi komissiyasına) rəhbərlik edib.

Ötən illər ərzində MM-in plenar iclaslarına məhz H.Rəcəblinin rəhbərlik etdiyi komitə ən çox qanun layihəsi tövsiyə edib və onların da böyük əksəriyyəti qəbul olunub.

MM-in 3 ən fəal və aktiv komitə sədrindən biri də məhz H. Rəcəbli olub.

Sonuncu-6-cı çağırış seçkilərdə də namizədliyi YAP tərəfindən dəstəklənib və Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə görə, 74 saylı Dairənin qalib-lideri olub.

Əgər həmin Dairənin nəticələri ləğv olunmasaydı və H. Rəcəblinin qələbəsi tanınsaydı, MM-in ən çox seçilən və ən stajlı 4 deputatından biri olacaqdı.

Yən, Eldar İbrahimov, Hacı Madər Musayev və Mixail Zabelin kimi, 7-ci dəfə millət vəkili mandatını daşıyacaqdı…

Xatırladaq ki, 73 yaşlı H. Rəcəbli siyasət elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvüdür.

4 övladı, bir neçə nəvəsi və nəticəsi var.
Geri qayıt