Baş redaktor Hüseynbala Mirələmovun uduzduğu dairədən namizədliyini verəcək

Baş redaktor Hüseynbala Mirələmovun uduzduğu dairədən namizədliyini verəcək Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı ləğv olunmuş dairədən namizəd olacaq...
Xəbər verdiyimiz kimi, MSK 33 saylı Xətai birinci seçki dairəsində səsvermənin nəticələrini ləğv edib.

Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı bu seçki dairəsindən deputatlığa namizədliyini irəli sürəcək.

Baş redaktor bu barədə N.Canbaxışlı özü bu barədə məlumat verib: "Əziz 33 saylı Xətai birinci seçki dairəsi ərazisində yaşayan dostlar, qardaşlar, analar-atalar, dəyərli böyüklər. Qərara gəldim ki, 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyimi irəli sürüm. Sizlərdən böyük dəstək gözləyirəm"

Xatırladaq ki, fevralın 9-da keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsindən lider namizəd Hüseynbala Mirələmov idi.
Geri qayıt