BDU-nun kafedra müdirinə 50 min "atan"la bağlı ŞİKAYƏT

BDU-nun kafedra müdirinə 50 min "atan"la bağlı ŞİKAYƏT Bakı Dövlət Universitetinin müəlliminə qarşı 50 min manatlıq dələduqluq etməkdə təqsirləndirilən Eldar Yusifov barəsindəki hökmdən porkurorluq protest verib.

BakuPost-un məlumatına görə, prokurorluq Eldar Yusifova verilən cəzasının ağırlaşdırılmasını tələb edib.

Protest Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına araşdırılır.

Məhkəmənin ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı fevralın 26-a təyin edilib.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda - 50 min pul alaraq vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədini verib. O, məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, pulu Elbrus Əliyev adlı şəxsə verib. E.Əliyev isə istintaqdan yayındığı üçün axtarışa verilib.

Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimdir. İllərdir BDU-da çalışan H.Məmmədov bir müddət kafedra müdiri olub.

E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Yusifov 11 min manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Geri qayıt