Mehman Huseynov: “Fərəc Quliyevin qələmini qırdım”

Bunu bloqer, deputatlığa namizəd Mehman Hüseynov digər namizəd Fərəc Quliyevlə bağlı deyib.
“Mən artıq qalibəm və böyük bir uğura nail olmuşam. Mənə rüşvət təklif edən Fərəc Quliyevin qələmini sındırmışam. O artıq deputat olmayacaq. Mən təkbaşına onunla bacardım. Mən təkbaşına son günlər hökümətin siyahısını məcburən dəyişdim. Bu dəfə mənim hesabıma görün kimi təyin edəcəklər” – M.Hüseynov bildirib.