Rüfət Bağırov özünü yuxarıların “adamı” elan edib - Gəncədə seçki qalmaqalı böyüyür

Rüfət Bağırov özünü yuxarıların “adamı” elan edib - Gəncədə seçki qalmaqalı böyüyür Bakı Turizm İnformasiya Mərkəzinin direktoru hakimiyyətdə təmsil olunan nüfuzlu şəxsdən deputat seçilməsi üçün “dobro” aldığını açıq şəkildə bəyan edir

Növbədənkənar parlament seçkiləri ilə bağlı Gəncə şəhər 37 saylı Nizami 1-ci Seçki Dairəsindən deputatlığa namizəd, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Nahid Bağırovla bağlı ilginc məlumatlar yayılıb.

Gəncədən Secki.net-ə daxil olan məlumatda vurğulanır ki, Nahid Bağırov son üç gündə Nizami 1-ci Seçki Dairəsinin seçicilər arasında apardığı təbliğat-təşviqat kampaniyasında özünü hakimiyyətin üst qatının adamı kimi təqdim edir.

Bakı Turizm İnformasiya Mərkəzinin direktoru açıq şəkildə bildirir ki, hakimiyyətdə təmsil olunan ciddi şəxslər onun mandat əldə etməsinə razılıq veriblər və buna görədə fevralın 9-da deputat seçkilərinin qalibi elan ediləcək. Daha sonra qeyd edilir ki, Nahid Bağırovun yaxın adamları bir az da qabağa gedərək, Bakı Turizm İnformasiya Mərkəzinin direktorunu Gəncəyə ölkə rəhbərinin göndərməsi barədə ağlasğmaz məlumatlar yaymaqla məşğuldurlar.
1-ci Nizami Seçki Dairəsində heç kəsin tanımadığı Nahid Bağırov verdiyi açıqlamalarda elə təsərrüat yaradır ki, guya həmişə gəncəlilərin xeyir işinə “yarayıb”. Halbuki, seçicilər Nahid Bağırovun adını indi eşitdiklərini deyirlər.

Görünür seçicinin səsini almaycağını yaxşı dərk edən Nahid Bağırov hakimiyyətin, hətta dövlət başçısının adından istifadə etməklə seçicini aldatmaq istəyindədir.
Geri qayıt