Dələduzluğa görə tutulan şəxs azadlığa buraxılıb? - RƏSMİ AÇIQLAMA

Dələduzluğa görə tutulan şəxs azadlığa buraxılıb? - RƏSMİ AÇIQLAMA Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Elçin Cəfərovun guya prokurorluğun razılığı əsasında məhkəmə tərəfindən azadlığa buraxılmasına dair əsassız məlumatlar yayılıb.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Elçin Cəfərovun özgənin əmlakını ələ keçirmək məqsədilə A.Allahverdiyevadan 25 min manat borcunun silinməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan gizləndiyi üçün barəsində 18 yanvar 2020-ci tarixdə axtarış elan olunmuşdur.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Cəfərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib və 25 yanvar 2020-ci il tarixdə E.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müdafiəçinin vəsatəti əsasında E.Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Yasamal rayon prokurorluğu qeyd edilən qərarla razılaşmayaraq apellyasiya protesti verib.
Geri qayıt