Hadı Rəcəblinin də səs yazısı yayıldı: "Məzahirə zəng edərəm..." - SƏS YAZISI

Hadı Rəcəblinin də səs yazısı yayıldı: "Məzahirə zəng edərəm..." - SƏS YAZISI 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd olan, hazırkı millət vəkili Hadı Rəcəbliyə məxsus olduğu bildirilən səs yazısı yayılıb.
Yeniavaz.com xəbər verir ki, Hadı Rəcəbliyə məxsus olduğu bildirilən səs yazısında millət vəkili Emil adlı şəxsə müraciət edərək onun namizədliyini geri götürməyi təklif edir.
Qeyd edək ki, 74 saylı Lənkəran kənd seçki dairəsindən Emil adlı yalnız bir nəfər deputatlığa namizəd var. Həmin şəxs 1980-ci il təvəllüdlü Vahabov Emil Eminağa oğludur. Səs yazısında Hadı Rəcəbli Emildən namizədliyini geri götürməyini istəyir. Bildirir ki, lazım gəlsə MSK sədri Məzahir Pənahova zəng edib seçkinin nəticələrini dəyişdirə bilər.
Həmin səs yazısını təqdim edirik:
Geri qayıt