Ucar və Ağdaş rayon sakinlərinin nəzərinə

Ucar və Ağdaş rayon sakinlərinin nəzərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov cari il fevralın 13-də saat 10:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Ucar və Ağdaş rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ucar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Geri qayıt