PKK sevdalısı Azərbaycanda deputatlığa namizəddir – FOTOFAKT

PKK sevdalısı Azərbaycanda deputatlığa namizəddir – FOTOFAKT 110 saylı Zaqatala Seçki Dairəsindən deputatlığa namizəd Nurlana Cəlil fərdi sahibkar kimi qeydə alınıb. Amma bir sıra mülahizələrə və faktlara görə xanım namizədin fəaliyyəti yalnız fərdi sahibkarlıqla məhdudlaşmır. Nurlana Cəlil həm də terrorçu PKK təşkilatının ideyalarının qızğın tərəfdarı və təbliğatçısı kimi tanınır.

Turkustan.info-nun əldə etdiyi məlumatlara görə, Nurlana Cəlil Türkiyədə – Aydın Universitetində magistr təhsili alıb. Xanım namizədin doktorluq işi də Türkiyədəki bölücü düşüncələrlə bağlı olub.

O, həmçinin sosial şəbəkələrdəki rəylərində Türkiyədə bölücülük fəaliyyəti ilə məşğul olan terrorçu PKK təşkilatının bölücü ideyalarını təbliğ edir.
PKK sevdalısı Azərbaycanda deputatlığa namizəddir – FOTOFAKT
Geri qayıt