İsgəndər Həmidov komaya düşdü

İsgəndər Həmidov komaya düşdü Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) qurucusu İsgəndər Həmidovun səhhəti yenidən pisləşib və o komaya düşüb.

Bu barədə professor Adil Qeybulla özünün "Facebook" səhifəsində məlumat verib.

O, qeyd edib ki, hazırda İsgəndər Həmodovun müalicəsi MKX-in reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir: "O komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub.Türkiyədəki müalicə həkimləri ilə intensiv danışıqlar gedir".
Geri qayıt