Parlament seçkiləri demokratik dəyərlərə söykənəcək

Parlament seçkiləri demokratik dəyərlərə söykənəcək 46 saylı Şirvan seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Rəşad Camalov

Rəşad müəllim, ölkəmizdə fevralın 9-da parlament seçkiləri keçiriləcək. Azərbaycan bu seçkilərə hansı uğurları ilə gedir?
- Bildiyimiz kimi, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən ölkəmiz bu gün ictimai-siyasi hadisə olan parlament seçkiləri ərəfəsindədir. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, istənilən xalqın, dövlətin həyatında seçkilər çox önəmli rol oynayır. O cümlədən, bizim dövlətimiz üçün də seçkilər çox mühüm əhəmiyyətli hadisədir. Demokratik, sabit ölkələrdə seçkilərin yüksək səviyyədə keçirilməsində ictimai-siyasi vəziyyət şərtləndirici amillərdir.
Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən çox mühüm dəyişikliklər, yüksəliş ölkəmizdə həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini daha da sürətləndirib, cəmiyyətimizin demokratikləşdirilməsi sahəsində böyük uğurlara imza atılıb. Cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə öz mövqeyini möhkəmləndirir. Azərbaycan xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Qloballaşan müasir dünyada Azərbaycan demokratik tərəqqi yolunu seçərək xarici dövlətlərlə, beynəlxalq təşkilat və qurumlarla müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərini qurub. Regionda aparıcı dövlət olan Azərbaycan dünya dövlətləri arasında nüfuz sahibinə çevrilib, eləcə də Avropanın enerji təşlükəsizliyində mühüm rol oynayır.
Ölkəmizdəki mövcud ab-hava seçkilərin demokratik prinsiplər əsasında keçirilməsində şərtdləndirici amillərdəndir. Sizin komanda parlament seçkilərinə necə hazırlaşır?
- Həqiqətən də Azərbaycandakı mövcud şərait seçkilərin demokratik, şəffaf şəraitdə keçirilməsində əsas rol oynayır. Ölkəmizdə demokratik prinsiplərin tam təzahür tapması seçki prosesində də açıq şəkildə müşahidə olunmaqdadır. Bu baxımdan da, bu günə qədər cəmiyyət həyatında və ölkəmizin demokratik imicinin formalaşmasında əsas amil olan seçki prosesi vətəndaş mövqeyinə və iradəsinə əsasən keçirilib. Dövlətimizin günü-gündən artan qüdrəti iqtisadi-siyasi sahədə əldə olunan uğurlar seçki prosesində də mütərəqqi ideyaların və bəşəri dəyərlərin təminatını mümkün etmişdir. Bu baxımdan da, dövlətimiz cəmiyyətimizi daha da irəliyə aparacaq və ölkəmizin gücünü daha da artıracaq prinsiplərin təzahürü üçün konkret mövqe nümayiş etdirməkdədir.
Ötən parlament seçkilərindən keçən müddət ərzində Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, bütün sahələrdə, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verib. Regionların sosial-iqtisadi inkişafı sahəsində də ciddi nailiyyətlər əldə edilib və insanların sosial-rifahı daha da yüksəlib. Bütün görülən işlər, əldə olunan nailiyyətlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin müsbət nəticələridir. Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir. Bütün bunlar fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərinin uğurlarından xəbər verir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Bu gün Azərbaycanı dünya dövlətləri ilə müqayisə etsək görərik ki, ölkəmiz böyük bir demokratik inkişaf dövrünü yaşayır. İnkişaf edən Azərbaycan demokratik dəyərlərə daim yüksək qiymət verir. Əfsuslar olsun ki, xarici təşkilatların bəziləri, qeyri-hökumət təşkilatları Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə birmənalı şəkildə yanaşmır, demokratik dəyərlərə kölgə salmaq istəyirlər. Guya Azərbaycanda demokratik dəyərlər qorunmur. Hər dəfə ölkəmizdə keçirilən seçkilər bütün dünyaya bir daha bəyan edir ki, Azərbaycan inkişaf etmiş ölkədir, demokratik dəyərlər qorunur, ölkədə seçkilər şəffaf və azad şəkildə baş tutur.
Azərbaycan inkişaf edir, genişmiqyaslı layihələr gerçəkləşir, dövlət proqramları qəbul edilərək uğurla icra olunur.Azərbaycanda demokratik dəyərlər çox yüksəkdir və bu dəyərlərə qiymət verilir. Bunlardan biri də seçki prosesidir. Azərbaycanın mükəmməl seçki qanunvericiliyi var, beynəlxalq normalara cavab verən normativ sənədlər mövcuddur. hazırlanıb. Azərbaycanda qəbul olunan yeni seçki məcəlləsi dünya standarlarına cavab verir. Seçki prosesi durmadan təkmilləşir.
Ölkə başçısı hakimiyyətə gəldiyi gündən gənclərə böyük önəm verib. Dövlətimizin prioritet istiqamətlərindən olan dövlət gənclər siyasətinin əsası Ulu Öndərimiz tərəfindən qoyulub. Təsadüfi deyil ki, Şirvanda da gənclər siyasətinin nümunəvi təzahürü var. Daim gənclərimiz diqqət mərkəzindədir. Ölkə Prezidentinin apardığı siyasət Şirvan şəhərində çox uğurla icra olunur. Gənclərimizin asudə vaxtlarının təşkili üçün müxtəlif mərhələlər həyata keçirilir.
Azərbaycan kifayət qədər inkişaf etmiş bir dövlətdir. Və bu inkişafla sürətini davam etdirir. Həyatımızın bütün sahələrində daim inkişaf tərəqqi var. Cənab Prezident bütün çıxışlarında qeyd edir ki, nə olursa hamısı yüksək səviyyədə olmalıdır. Seçki prosesi cəmiyyətimizin həyatında önəmli rol oynadığından parlament seçkiləri ən yüksək səviyyədə keçirilməlidir. Bu bizim hər birimizdən tələb olunur. Dünyada yüksək imic formalaşdıran, daim demokratikləşən, dinamik inkişaf edən, nümunəvi ölkə olan Azərbaycan seçkilərin şəffaf və azad keçirilməsini təmin edəcək.
Geri qayıt