Ramin Əhmədov Gelandewagenlə yol kəsdi - YAP-ın namizədindən inanılmaz razborka

Ramin Əhmədov Gelandewagenlə yol kəsdi - YAP-ın namizədindən inanılmaz razborka Yeni Azərbaycan Partiyasının biznesmen üzvü, sabiq bələdiyyə sədrinin müavini Ramin Əhmədov son günlər yenidən gündəmə gəlib. Bir müddətəvvəl mətbuatda adı ""ağacların qənimi"" kimi hallanan iş adamı bu dəfə 16 saylı Yasamal ll seçki dairəsindən müstəqil deputatlığa namizəd kimi seçicilərin qarşısına çıxır.

Sosial şəbəkələrdə və mətbuatda sadə insanlar qarşısında olduqca mülayim, xeyirxah çıxışlar edən R.Əhmədov diqqətli oxucuların yaddaşında ""razborka""sı etməsi ilə də qalıb.

R.Əhmədov 2017-ci il noraybrın sonlarında idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı ""Gelandewagen-Mercedes"" markalı avtomobillə ""VAZ-2107"" markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələyib.


Hadisə ilə bağlı Criminal.az-a göndərilən videodakı hadisə bir neçə gün əvvəl Nizami rayonu, Qara qayev prospektində baş verdiyi iddia olunurdu.

R.Babayev ""8-ci kilomert"" mazarı yaxınlığında prospektdə ""Gelandewagen""lə hərəkətdə olarkən ""VAZ-2107"" markalı avtomobiillə bir-birinə yol verməmək üstündə münaqişəsi yaranıb.

Əsəbləşən iş adamı metronun ""Neftçilər"" stansiyasının yaxınlığndakı ""Dakar"" meydanında öz avtomobili ilə ""VAZ-2107""nin qarşısını kəsir. Avtomobildən düşən R.Əhmədov ""Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar"" deyərək sürücünün üstünə hücum edib. Hadisə şahidləri R.Əhmədovu sakitləşdirib avtomobilinə tərəf aparsa da, o ""VAZ-2107""nin sürücüsünü başqa yerə apararaq məsələni ""çürütmək"" istəyir.

R.Əhmədovun metronun "Neftçilər” stansiyası yaxınlığındakı "Ledi Şarm” və "X-lady”, ""X-man"" geyim mağazalarının, eyni zamanda ""Dostluq"" kafesinin sahibi olduğu deyilir. R.Əhmədov ""PSS-Mühafizə"" şirkətinə də rəhbərlik edir. Bundan başqa R.Əhmədovun adı mətbuatda ""ağacların qənimi"" kimi hallandırılıb.

Mətbuatda yazılıb ki, icra başçısının himayəsi altında yaşıllıqlara qənim kəsilən R.Əhmədov bir gecənin içərisində sözügedən ticarət obyektlərinin yaxınlığındakı ağacları dibindən kəsdirib.

Məlumatda bildirilir ki, R.Əhmədov ekoloji cinayətini icra başçısı Arif Qasımova güvənərək həyata keçirib. Çünki A.Qasımov Nizami rayonunda tikinti işlərini və başqa qeyri-rəsmi "layihə”lərini R.Əhmədova həvalə edib.

Xatırladaq ki, bu dairədən hakim partiya - YAP Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi Səfərov İlham İlyas oğlunun namizədliyini irəli sürsə də, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov da deputatlığa iddialıdır. Onun, həm də nazir Kəmaləddin Heydərovun atası Fəttah Heydərovla çox yaxın olduğu haqda söhbətlər dolaşır.

O, Ramin Əhmədov Azərbaycan Ağsaqqallar Şurası sədri Fəttah Heydərovun köməkçisi, "Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktorudur. Dəbdəbəli həyat tərzini sosial şəbəkələrdə reklam edən Ramin Əhmədov qlamur YAP-çı kimi tanınır (Mənbə:Secki.net)

Bu dairədən Müsavatın namizədi BDU-nun professoru Almaz Məmmədovadır. Digər fəal namizəd isə "Real"dan Erkin Qədirlidir...

Onu da xatırladaq ki, YAP İcra katibinin müavini Siyavuş Novruzov Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar YAP-ın 200-dən çox üzvü fərdi qaydada deputatlığa namizədliyini irəli sürdüyünə görə onların bir qisminin partiyadan çıxarıldığını bildirmişdi. R.Babayevin həmin 200 nəfərin arasında olub-olmaması bizə məlum deyil.
Geri qayıt