EMİN RAMAZANOVDAN MEDİA NÜMAYƏNDƏLƏRİ VƏ MARAQLANANLAR ÜÇÜN VACİB AÇIQLAMA

EMİN RAMAZANOVDAN MEDİA NÜMAYƏNDƏLƏRİ VƏ MARAQLANANLAR ÜÇÜN VACİB AÇIQLAMA Dəyərli dostlar və sayqılı media nümayəndələri!
Bir neçə gündür ki, əslən Balakən rayonunun Katex kəndindən olan Aygün Məmmədhəsənova adlı müəllimə xanımın böhtan və təhqirləri ilə üzləşmişəm. Onun ötən gecə "youtube"-dəki xoşagəlməz və müəmmalı videomüraciətin məğzinə aydınlıq gətirməyə məcburam.

Bir çox həmkarlarımın mənə zəngi və məsələdə çaşqınlıqları da bunu tələb edir.
"Bu barədə geniş danışmaq istəmirəm, çox üzücüdür ki, aylar öncə haqqı uğrunda köməklik göstərdiyim bir ədəbiyyat müəlliməsi indi məni şərləməklə məşğul olur. Təəssüf edirəm ki, kimsəsiz xanım olduğu üçün mənim ona yazığım gəlib və dediklərinə əvvəllər mən də inanmışam. Ötən il başqa birisinə qarşı eyni və oxşar şikayətini mən ictimailəşdirmişəm.
Xahiş edirəm xatırlayasınız, ötən ilin yayında Bakının Xəzər rayonu ərazisində torpaq alarkən saxta sənədlə Mahir Cəbiyev adlı bir makler tərəfindən necə aldadılmasını, bankdan götürdüyü krediti ona verdiyini iddia edirdi. Bu barədə mənim çəkib yaydığım bir neçə video ortadadır.

İndi özünü ədəbiyyat müəlliməsi kimi təqdim edən, lakin çıxışlarında qeyri-etik ifadələr, hətta söyüş söyən, polisi təhqir edən biri mənim özümə qarşı eyni ittihamları yağdırır. O öz çıxışında yüksək çinli adamların da məqsədli şəkildə adını çəkir ki, dediklərinə inanan olsun. Yəqin xüsusi öyrədənləri də var, yoxsa O, canlı yayımına gecə saat 3-də niyə çıxmışdı?
Ötən il bankdan kredit götürüb Mahir adlı şəxsə ev tikintisi üçün verdiyini deyən həyasız şərxata ədəbiyyatçı indi də eyni suçla mənim üstümə çamur atır. Bu əxlaq və davranışla şagirdlərinəə hansı keyfiyyətdə ədəbiyyat dərsi verdiyini anlamaq çətin deyil.
Qətiyyətlə bildirirəm ki, Aygün Məmmədhəsənovanın barəmdə dedikləri tamamilə yalan və böhtandır. Onun sosial şəbəkədəki çağırışları tamamilə əsassızdır və mənə qarşı şantaj-böhtan xarakteri daşıyır. Bunu da elə edir ki, hüquq mühafizə orqanı və ictimai rəy bu məsələyə münasibətdə çaşsınlar.
Tezliklə onun cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyatı üzrə məhkəmə orqanına müraciət edəcəyəm" imza: Mən - Emin Ramazanov

REALNEWSİNFO.COM

Geri qayıt