"Seçicilərin minnəti olsun ki, mənim danışığıma qulaq assın" - FAZİL MUSTAFANIN 5 MANAT AÇIQLAMASI

"Seçicilərin minnəti olsun ki, mənim danışığıma qulaq assın" - FAZİL MUSTAFANIN 5 MANAT AÇIQLAMASI Ötən gün saytımızda Fazil Mustafanın seçicilərindən əldə etdiyimiz məlumata əsasən, görüş günü onlara 5 manat məbləğində pul və siqaret payladığına dair yazı verdik.
Xəbərin ajiotaj yaratmasının və millət vəkilinin bunu öz şəxsi "Facebook" hesabında paylaşmasının üzərinə Fazil Mustafa ilə əlaqə saxlayıb mövqeyini öyrənmək istədiyimizi bildirdik.

Əvvəla bu vaxta qədər dəfələrlə Fazil Mustafa haqqında müsbət xəbərlər və açıqlamalar aldığım halda adımı belə xatırlamayan millət vəkilinin mənfi məzmunlu məlumat üzərinə mənə savadsız, jurnalistikadan xəbəri olmayan, "5 manatlıq jurnalist" kimi ifadələr işlətməsi təəccüb doğurdu. Hətta bu təəccübümü özünə də bildirdim.

Fazil Mustafa "Məni dinləmək istəməyən seçicinin minnəti olsun ki, mənim danışığıma qulaq assın. Ona görə də mən belə ucuz kampaniyalara getmirəm. Kifayət qədər tərəfdaşım da var. Sizi məhkəməyə verəcəyəm. Mənə böhtan atırsınız. Mən asfalt çəkən deyiləm, millət vəkiliyəm və bu vaxta qədər bütün Azərbaycan xalqı üçün kifayət qədər işlər görmüşəm. Niyə onlardan yazmırsınız?", - deyə heç gözləmədiyim nəzakətsizliklə nitqinə əlavələr etdi. Üstəlik bizi xalqın, millətin dəyərini anlamamaqda da günahlandırdı. Seçicilərinin millət vəkilinə qarşı mənfi fikirlərini işıqlandırmağımızın bizim dəyərlərimizə, savadımıza və ləyaqətimizə olan əlaqəsini isə anlamış deyilik.

Qeyd etmək istəyirəm ki, yazıda da vurğuladığımız kimi əhalidən aldığımız məlumatlar əsasında verdiyimiz xəbərin məsuliyyətini tam olaraq daşıyırıq. Seçicilərinin Fazil Mustafadan narazılığı və bunun mətbuatda yayılması millət vəkilini narahat etmiş ola bilər. Ki, bu seçki ərəfəsində kifayət qədər normal qarşılanacaq haldır. Amma bu seçicilərin inamını itirmiş olmaq, digər böyük bir qisminin hətta "Kimdi ki bizim millət vəkilimiz?" kimi reaksiyalarının mənbəyi biz deyilik.
Geri qayıt