İmamverdi İsmayılov bu dəfə deputat olmayacaq!

İmamverdi İsmayılov bu dəfə deputat olmayacaq! Övladları İmamverdi İsmayılovu bitirdi...
İddiamızın sonuna qoyulan nida işarəsinin arxasında çox ciddi qaynaqlara söykənən informasiyalar və Sumqayıt şəhər 1 nömrəli texniki peşə məktəbinin binasında yaşayan məcburi köçkünlərlə görüşdən yeni qayıdaraq seçicilərdən öyrəndiyi rəylər dayanır.

Etibarlı mənbəmizin məlumatına görə, uzun illər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat mantadını daşısa da indiyə qədər bir dəfə də olsun məcburi köçkünlərin dərdinə yanmayan, jurnalist olmasına baxmayaraq, qələmini onların rifah halının yaxşılaşdırılması, hüquqlarının müdafiəsi istiqamətində işlətməyən İmamverdi İsmayılovu adının üstündən böyük xətt çəkilib.

Qeyd edək ki, 2005-ci ilin seçkilərində deputatıq taleyi tükdən asılı qalan İmamverdi müəllimi ozamankı MTN şefi Eldar Mahmudov xilas etmişdi. İ.İsmayılovun deputat seçilmək şansının sıfıra bərabər olduğunu, rəqiblərinin onu yendiyini bildirib. Qardaşı da birbaşa milli təhlükəsizlik nazirinin qəbuluna girərək qardaşının xahişini edib. Gəzən şayiələrə görə, o zaman deputat kürsüsü İ. İsmayılova külli miqdarda vəsait hesabına başa gəlib.

2010-cu il seçkilərində isə İmamvedi müəllimi MM spikeri Oqtay Əsədov xilas etmişdi. Uzun illər MM-də Oqtay Əsədov, Hacı Madər Musayev və o, bir “partada” otursalar da Oqtay müəllim spiker seçiləndə sonra İsmayılova üz vermirmiş. İmamverdi müəllim Hacı Madəri O. Əsədovun yanına xahişə göndərərk deputat taleyini xilas etmişdi. 2010-cu il seçkilərində də jurnalist –deputatın yaxşıca “tərlədiyi” bildirilir.

Jurnalist-deputat demişkən, haşiyə çıxaq ki, İmamverdi müəllim deputat olana qədər AzTV-nin sıravi, kasıb jurnalistlərindən olub, deputat olandan sonra isə külli miqdarda vəsait əldə edərək oliqarxa çevrilib. Onun, oğlunun adı mediada ən müxtəlif qalmaqallarda hallansa da bu iddialar qəhrəmanımızın özü və ailə üzvləri tərəfindən əsaslı şəkildə təkzib edilməyib.

İ. İsmayılovun barəsində gedən qalmaqallı yazılar, eyni zamanda hakimiyyətin müdafiə edilməsində zəif mövqe nümayiş etdirməsi onu yuxarıların gözündən salıb. İsmayılov jurnalist olsa da cənab prezidentin müdafiəsi ilə bağlı yazıları barmaqla sayılır ki, belə məqalələri ölkə mətbuatında 4-5 ildən bir görmək olur. İndiyə kimi MM tribunasından, mediada dövlət başçısını, hakimiyyəti müdafiə edən hansısa çıxışına, açıqlamasına rast gəlinməyib. Belə çıxır ki, deputatlıq ona öz biznesini və əmlakını qorumaq üçün qalxan kimi lazımdır.

Müxbirimizin Sumqayıtda məskunlaşmış zəngilanlı və qubadlılı köçkünlərdən aldığı açıqlamalar isə ürək ağrıdır. Köçkünlərin deməsinə görə, İmamverdi müəllim qaçqınlar arasında ancaq özünə yaxın olanlara, xüsusi nüfuzu olan seyidlərə, ağsaqqallara yardım edir. İndiyə kimi məcburi köçkünlərə köklü yardım göstərdiyini, kiminsə ciddi problemini həll etdiyini görən olmayıb. Ancaq öz qohum-əqrəbasını işə düzəltməklə, onlar üçün şərait yaratmaqla məşğul olub.

Bütün bu qeydlər stajlı deputat İmamverdi İsmayılovun budəfəki seçkilərdən ələnə bilməyəcəyi barədə iddialarımızı möhkəmlədən ciddi əsaslardır. (İmamverdi müəllim də bu qərardan məlumatlıdır.

Seçki.net
Geri qayıt