MSK Rauf Əliyevin namizədliyini ləğv edəcəkmi? - Sənədlər yayıldı..

MSK Rauf Əliyevin namizədliyini ləğv edəcəkmi? - Sənədlər yayıldı.. Deputatın Konstitusiyanın tələblərini pozması haqqında sənədlər yayıldı...
YAP-ın 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən deputatlığa namizədi Rauf Əliyev hələ 2018-ci ilin oktyabrın 16-dan Rusiyada Moskva vilayəti 17 saylı Regionlararası Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyatdan keçib.

Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində ifşaedici sənədlərələ çııxış edib. PİA.az həmin məlumatı oxucularının diqqətinə cəlb edir:

Rəşad Camalovun Rusiya vətəndaşlığı ciddi suallar yaradır... - Pia.azMilli Məclisin son 3 çağırış deputatı, YAP-ın 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən deputatlığa namizədi Rauf Əliyev hələ 2018-ci ilin oktyabrın 16-dan Rusiyada Moskva vilayəti 17 saylı Regionlararası Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyatdan keçib. Yəni Rauf Əliyev ötən çağırış deputatlıq fəaliyyəti dövründə faktiki olaraq, Konstitusiyanın tələblərini pozub və onun biznes fəaliyyəti xarici ölkə qarşısında öhdəlik yaradıb.

Yeri gəlmişkən, Rauf Əliyevin oğlu da Avropada biznes fəaliyyəti ilə məşğuldur”.

PİA.az xatırladır ki. seçki qanununa uyğun olaraq MSK bu məlumatları yoxlamalı və məlumatlar öz təsdiqini taparsa, YAP-ın 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən deputatlığa namizədi Rauf Əliyevin namizədliyi ləğv edilməlidir.
MSK Rauf Əliyevin namizədliyini ləğv edəcəkmi? - Sənədlər yayıldı..






Geri qayıt