46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd xarici ölkənin vətəndaşıdırmı?

46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd xarici ölkənin vətəndaşıdırmı? Bilmirəm, MSK 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Camalovun başqa ölkə vətəndaşlığının olub-olmadığını müəyyənləşdirə bildimi.
Sizə təqdim etdiyim məlumatlardan aydın olur ki, keçmiş müdafiə sənayesi naziri mərhum Yavər Camalovun oğlu Rusiya vətəndaşı olub. Rəşad Camalovun hələ 2008-ci ildə Moskva 46 saylı Regional Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyata alınarkən Rusiya vətəndaşlığı olub. Reyestrdəki məlumatlar 2017-ci ildə də aktual olub və Camalovun üç il öncə də Rusiya vətəndaşlığının olduğunu göstərir.
Təəssüf ki, deputatlığa namizədin Azərbaycan vətəndaşlığını nə vaxt alması haqda məlumat yoxdur. Amma Camalovların Rusiyadakı biznesi haqqında daha geniş yazı olacaq.

Araşdırmacı jurnalist : Cavanşir Həsənli
46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd xarici ölkənin vətəndaşıdırmı?
Geri qayıt