Əli Həsənovun oğlu işdən çıxarkən itlərini də aparıb

Əli Həsənovun oğlu işdən çıxarkən itlərini də aparıb Xəzər” televiziyasına rəhbərlik edən Şamxal Həsənov telekanalın həyətində cins itlər saxlayırmış.

Pravda.az-ın xəbərinə görə, itlər üçün binanın arxa tərəfində xüsusi yerlər olub.

O, itlərə hər ay 250-300 kiloqram ət verib.

Ş.Həsənov vəzifəsindən azad edildikdən sonra itləri də aparıb.

Xatırlatma: Ş.Həsənov işdən çıxarıldıqdan sonra telekanalda vergi yoxlamaları aparılıb, nöqsanlar aşkarlanıb.

Qeyd: Şamxal Həsənov Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğludur.
Geri qayıt