"Əhmədzadələr imperiyası”: “Baron” və qardaşının gözqamaşdıran səltənəti

"Əhmədzadələr imperiyası”: “Baron” və qardaşının gözqamaşdıran səltənəti Bu gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin 75 yaşı tamam olur. Qocaman məmur 26 ildir ki, eyni vəzifədədir.

Onlinepress.az Əhməd Əhmədzadə ilə bağlı maraqlı faktları oxuculara təqdim edir. Beləliklə…

Dosye

Əhməd Əhmədzadə 1993-2004-cü illərdə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004-2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədridir.

Əhməd Əhmədzadənin rəhbərlik etdiyi müəssənin adı daha çox korrupsiya qalmaqallarında hallandırlır. Görünür, bu səbəbdəndir ki, ASC sədrinin özü də oliqarx məmur kimi tanınır. Bir neçə il əvvəl Əhməd Əhmədzadə ilə bağlı mediada tirajlanan araşdırma materialında Əhməd Əhmədzadənin “Baron” ləqəbi ilə tanındığı bildirilirdi. Qeyd edilirdi ki, bütün qohum əqrəbasını yaxşı vəzifələrə yerləşdirən Əhməd Əhmədzadə böyük bir klanın ağsaqqalına çevrilib.

Baş bankir qudası, icra başçısı qardaşıdır…

Professor Cuma Əhmədzadənin oğlu olan Əhməd Əhmədzadə oğluna da atasının adını verib. Oğlunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib.

Əhməd Əhmədzadənin başçılıq elədiyi Meliorasiya və Su Təsərrüfatı ASC monstr qurumlar sırasına aiddir. ASC ümumilikdə 120 idarədən ibarətdir.

Əhməd Əhmədzadənin biznes imperiyasına gəlincə, burada daha çox oğlu Cuma Əhmədzadə önə çıxır.

“Advisors CO.”, “Proyekt”, “Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Uluyurd” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin Cüma Əhmədzadəyə məxsus olduğu bildirilir. İddialara görə, o, həm də otelllər zəncirinin sahibidir.

Əhməd Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır. O, 2007-2009-cu illərdə Qax rayonuna rəhbərlik edib. Hazırda Qaxın icra başçısı olan Musa Şəkiliyevin Əhməd Əhmədzadə ilə qohum olduğu deyilir. Bəzi məlumatlara görə, o, Əhməd Əhmədzadənin xalası oğludur. Onun icra başçısı təyin olunmasında “Baron”un xüsusi rolu olduğu bildirilir.

İcra başçısı olan qardaşının sərgüzəştləri

İctimai fəal Həbib Müntəzir Zaqatala icra başçısı Mübariz Əhmədzadə və ailəsinin biznes imperiyası haqda faktları ictimailəşdirib. Həmin faktlarla da tanış olaq.

“13 ildir icrabaşı olan Mübariz Əhmədzadə Zaqatalada zəlzələdən zərər çəkənlərin evlərinin çoxunu hələ də təmir etdirməyib. Halbuki dövlət büdcəsindən 300 milyon manat pul ayrılmışdı, manatın manat vaxtı. Pullar hara, necə gedir?”.

Həbib Müntəzir daha sonra həmin pulların “hara getdiyini” göstərib:

MƏNZİLLƏR:

-Qax rayonu, İlisu kəndində dəbdəbəli villa

-Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa

-Londonda “69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-7-8 mərtəbəsinə sahib malikanə.

-Kiprdə dəbdəbəli malinakə

-Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88

-Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil

-Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil

-Zaqatala, Car küç. ev 3A ünvanda mənzil

HOTELLƏR və RESTORANLAR

-Qaxda “El Resort” otel kompleksi

-Qax, İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi

-Turistik mərkəz İlisu kəndində “Yaşıl Park” otel kompleksi

-“Səngər Qala” otel kompleksi,

-“Ulu Dag” oteli,

-Qax Fındıq Zavodu

-Qax rayon taxıl məhsulları kombinatı

-Qax Rayon Avtovağzalı

-Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi

-Bakı, Koroğlu Rəhimov küçəsindəki “Növbahar” Restoranı

-Bakıda “Zakura Yapon mətbəxi” restoranı

ŞİRKƏTLƏR:

-“ULUYURD” şirkətlər qrupu

-“Advisors CO.” şirkəti

-“Proyekt”, MMC şirkəti

-“Çağdaş” MMC şirkəti

-“Elit-R1” MMC şirkəti

-“Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti

-“Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti

-“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”

-Çexiyada “ALPS s.r.o.” şirkəti

-İngiltərədə “GYUNEL LİMİTED” şirkəti

-İngiltərədə “GLOBALLY LTD” adlı daha bir şirkət

-Türkiyədə “Etiler Dış Ticaret Limited” şirkəti

-Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur

QOHUMLUQLAR

-Oğlu Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini

-Oğlu Rəşad Əhmədzadə Səbail Rayon polis idarəsinin 8-ci Polis Bölməsinın rəisi

-Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı

-Qardaşı oğlu Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri

-Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi

Bundan əlavə “Əhmədzadələr imperiyası”nın hektarlarla torpaq sahələri, iaşə obyektləri, mağazalar, avtomobillər, mənzillər kafe və restoranları saysız-hesabsızdır.
Geri qayıt