Dövlət Komitəsinə sədr təyin edildi

Dövlət Komitəsinə sədr təyin edildi Prezident İlham Əliyev Anar Quliyevin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Dövlət başçısının digər sərəncamı Anar Adil oğlu Quliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad olunub.
Geri qayıt