Kimlər gedir: 2 nazir yola salınır və... - İLGİNC

Kimlər gedir: 2 nazir yola salınır və... - İLGİNC Maliyyə naziri Samir Şərifovla Səhiyyə naziri Oqtay Şirəliyev yaxın vaxtlarda, ən azından fevral ayının ikinci dekadasında görəvlərindən azad ediləcək. Bu barədə DİA.AZ-a məlumalı mənbə informasiya verib.

Xəbəri verən qaynağa görə, hər iki nazirin məsələsi əslində keçən lin sonlarna yaxın "durulmalı" idi, amma...

Mənbənin söylədikləri: "Məlumdur ki, Oqtay Şirəliyev sona qədər nazir postunda qalmalı bir fiqur idi, amma dəyişiklik qərarı verilib. Samir Şərifova gəlincə isə... bu adam əslində köhnə "yaxşılıqların" çörəyini yeyir... Bu gün ona dərməyiblərsə, bu o demək deyil ki, postunda əbədidir. Dəyişiklik qərarı verilib və qeyd olunan vaxtda yollarına davam edəcəklər..."

Mənbə iddia edir ki, Samir Şərifov bundan sonra mövqelərini qoruya bilməsi üçün çabalar sərf edir: "Əslində onun da adı ABB-nin sədri olmuş Cahangir Hacıyevlə qoşa çəkilirdi. Necə oldu, mğvqelərini qorudu?.. Bunu bilən bilir..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...
Geri qayıt