Pərvinin sevgilisi və ölən qardaşı Fərhad Abdullayevin qardaşı oğlu imiş - Fotolar

Pərvinin sevgilisi və ölən qardaşı Fərhad Abdullayevin qardaşı oğlu imiş - Fotolar Aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytinantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev müəmmalı ölümü ilə bağlı ölkə mətbuatında xəbərlər yayılsa da, onun kimliyi tam açıqlanmayıb.

Criminal.az-a istinadən xəbər veririk ki, Ukraynanın paytaxtı Kiyev şəhərində 2019-cu ilin dekabrın 31 yatıb, yuxudan oyanmayan Cavid Konstitutsiya Məhkəməsinin sədri Fərhad Abdullayevin qardaşı oğludur.

Atası Mehdi Abdullayev isə Bakıda tanınmış brilliant mağazalar şəbəkəsinin rəhbəridir. Onun cənazəsi artıq Bakıya gətirilsə də, ölüm səbəbi haqda açıqlama verilmir.
Məlum olan odur ki, Pərvin Abıyeva, "Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və hər iki qardaş - Murad və Cavid Abdullayevlər Yeni ili Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən "CHI club Kiev”də keçiriblər. Amma bayram gecəsi Cavid hansı səbəbdən ölməsi hələlik naməlumdur.
Xatırladaq ki, Murad Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı rəsmi məlumatda qeyd olunurdu ki, "Polis haqqında” Qanunun və "DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən Daxili İşlər Orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, polis nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.
Pərvinin sevgilisi və ölən qardaşı Fərhad Abdullayevin qardaşı oğlu imiş - Fotolar



Geri qayıt