SOCAR-da yeni TƏYİNAT

SOCAR-da yeni TƏYİNAT Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarələrindən birinə yeni təyinat olub.

Banker.az-a istinadən xəbər veririk ki, SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi idarəsi (ƏŞNİİ) yeni rəis müavini təyin edilib. Bu, İngiltərənin Lester Universitetində magistr dərəcəsi almış Ziya Mürsəlzadədir.

Ziya Mürsəlzadə buna qədər İqtisadi göstəricilər və maliyyə modelləşdirmə şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, artıq yeni rəis müavini vəzifəsinin icrasına yaxın günlərdə başlayıb.

Z.Mürsəlzadə həmçinin Dövlət İqtisad Universitetində (UNEC) MBA təlimatçısı kimi çalışır.

Əmək şəraiti normalarının işlənməsi idarəsi”(ƏŞNİİ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 23 sentyabr 2009 -cu il tarixli 130 nömrəli əmrinə əsasən yaradılmışdır.

İdarə SOCAR tərəfindən təsdiq edilmiş iş proqramına əsasən fəaliyyət göstərir. Görülən işlər bilavasitə SOCAR-ın müəssisə və təşkilatlarında əmək normalarının hazırlanması, iş yerlərində istehsalat amillərinin təhlükəli və zərərli parametrlərinin müəyyən edilməsi üçün ölçmə işlərinin həyata keçrilməsi, iqtisadi göstəricilər və maliyyə modelləşdirilməsi üzrə təhlillərin aparılması, biznes prosseslərinin optimallaşdırılması və tənzimlənməsi eləcə də sosialoji sorğu və normativ-tədqiqat xarakterli digər işlərin yerinə yetirilməsi məqsədilə müvafiq tədbirlərin reallaşdırılmasından ibarətdir. Əmək şəraiti normalarının işlənməsi İdarəsində əsas məqsəd beynəlxalq tələblərə uyğun görülən işləri keyfiyyətlə yerinə yetirib sifarişçinin böyük etimadını qazanmaqdan ibarətdir.

Hazırda idarənin rəisi Telman Məhəmmədovdur.

İdarə “SOCAR Tower”də fəaliyyət göstərir.
Geri qayıt