Bakı məktəbində dərsdə cangüdənlə oturan şagird hansı məmurun nəvəsidir? - Foto

Bakı məktəbində dərsdə cangüdənlə oturan şagird hansı məmurun nəvəsidir? - Foto Bakı məktəblərinin birində şagird dərsdə cangüdənlə oturur...

Baku.ws-ə istinadən xəbər veririk ki, bu barədə tanınmış aparıcı Anar Nəcəfli sosial şəbəkədə yazıb. O, övladın vəzifəli şəxslərdən birinin nəvəsi ilə eyni sinifdə oxuduğunu və həmin uşağın dərsdə şəxsi cangüdənin müşayiətilə dərsdə oxuduğunu bildirib:

"Oğlumun sinifinə təzə bir qız gəlib. Bir vəzifəli şəxsin nəvəsidir. Məktəbə mühafizə ilə gəlir. Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da. Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimlər isə işdən çıxarılmadan qorxurlar! Bəs bunu o biri uşaqlar görür axı və bu onların tərbiyəsinə təsir edir axı!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə!"

Aparıcının bu addımı sosial şəbəkələrdə yeni nüzakirələrə səbəb olub. Bu müzakirələrdən sonra Anar Nəcəfli yazdığı "statusu" sosial şəbəkə hesabından silib.

Qeyd edək ki, A.Nəcəfli "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisidir.
Bakı məktəbində dərsdə cangüdənlə oturan şagird hansı məmurun nəvəsidir? - Foto
Geri qayıt