Lənkəranın icra başçısı xəstəxanaya yerləşdirildi

Lənkəranın icra başçısı xəstəxanaya yerləşdirildi Lənkəranın icra başçısı Taleh Qaraşovun səhhətində yaranmış problemlərdən dolayı bu gün Bakıya gətirilib və tanınmış xəstəxanalardan birinə yerləşdirilib.

JAMAZ.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həmin məlumatda deyilir ki, icra başçısının səhhəti bu gün səhər qəfil pisləşib. Onun ürəyində kəskin ağrılar əmələ gəlib. Lənkərən Mərkəzi Xəstəxanasında ilk tibbi yardım göstərildikdən sonra, icra başçısını ambulansla Bakıya gətiriblər.

Məlumatı dəqiqləşdirmək üçün Lənkəran İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin iş günü olmadığından telefonlarımıza cavab verən olmadı.

Xatırladaq ki, Taleh Qaraşov 27 ilə yaxındır icra başçısı işləyir. Onun ürəyində problemlərin olduğuna dair indiyə qədər bir neçə dəfə məlumat yayılıb. Hətta bu səbəbdən onun ildə iki dəfə Çexiyaya gedərək, orada müalicə aldığı da iddia olunub.

Onu da bildirək ki, DTX-nın Ağstafada keçirdiyi məlum əməliyyatdan sonra bir çox icra başçılarının qorxu keçirdikləri istisna deyil. Hətta Nizaməddin Quliyevin həbsindən sonra belə bir rəy də yaranmışdı ki, digər icra başçılarının qorxudan səhhətlərində problemlər yaranacaq.
Geri qayıt