Əziz Əzizovun müavini bina tikdirir

Əziz Əzizovun müavini bina tikdirir Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Həsənova Afət Əbil qızı rayonun Hövsan qəsəbəsində, E.Qasımov küçəsi 18 ünvanındakı binanın yanında özünə ikimərtəbəli kommersiya binası tikdirir.
Reportyor.info xəbər verir ki, ümumi sahəsi 194,33 kv metr olan obyektin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu ilin avqustunda icazə verilib.
Afət Həsənova 2015-ci ildə Quba rayonundan deputatlığa namizədliyini irəli sürüb, qarşıdakı parlament seçkilərində növbəti dəfə bəxtini sınamağa hazırlaşır.
Afət Həsənova sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır.
Əziz Əzizovun müavini bina tikdirir
Geri qayıt