Vilayət Eyvazov onları rəis TƏYİN ETDİ

Vilayət Eyvazov onları rəis TƏYİN ETDİ Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Azər Məmmədov təyin edilib.

V.Eyvazovun digər əmri ilə polis mayoru Fəxrin Bektaşi Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Geri qayıt