İcra başçıları DTX-nın əməliyyatından sonra ƏL-AYAĞA DÜŞÜBLƏR...

İcra başçıları DTX-nın əməliyyatından sonra ƏL-AYAĞA DÜŞÜBLƏR... Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun məzarını ziyarət edib, ailəsinə baş çəkib.

"Yeni Sabah" xəbər verir ki, görüş zamanı icra başçısı şəhid ailəsinin problemləri ilə maraqlanıb.

Dünən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da vətəndaşlardan birinin evinə baş çəkib. O, 100 yaşı tamam olan rayon sakini Bağırova Sonaxanım Məmmədbağır qızını yaşadığı evdə ziyarət edib.

Sonaxanım nənə ilə görüşdə icra başçısı bildirib ki, cəmiyyətin inkişafında danılmaz xidmətləri olan veteranlara, ahıllara həmişə yüksək qiymət verilib.

Yasamal rayonunun 100 yaşlı ahıl sakini Sonaxanım Bağırovaya Yasamal rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Qeyd edək ki, son aylarda Prezident İlham Əliyev icra başçılarına əhalinin qayğıları ilə yaxından maraqlanmağı, onların problemlərini həll etməyi tapşırıb, işini düzgün yerinə yetirməyənlərin cəzalandırılacağını bildirib.

19 dekabrda Ağstafanın icra başçısı, Yevlaxın isə sabiq icra başçısı korrupsiya və rüşvətxorluğa görə saxlanılıb. Prezident dünən keçirdiyi müşavirədə xəbərdarlığını yeniləyib və hər kəsi işini düzgün yerinə yetirməyə çağırıb.
İcra başçıları DTX-nın əməliyyatından sonra ƏL-AYAĞA DÜŞÜBLƏR...


Geri qayıt